"Təmiz nəfəs, sağlam həyat" layihəsinin növbəti görüşü keçirilib
"Təmiz nəfəs, sağlam həyat" layihəsinin növbəti görüşü keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax, Qobustan, Qax, İsmayıllı, Siyəzən və Bərdə nümayəndəliklərinin birgə təşkilatçılığı keçirilən görüş "Narkomaniya - əsrin bəlası" mövzusuna həsr olunub.
Onlayn tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov, komitənin əməkdaşları Hafiz Namazov, Tural Hacıyev, eləcə də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev mövzu üzrə çıxış ediblər.
Müzakirələrdə narkomaniyanın sosial şəbəkələr və digər vasitələrlə geniş şəkildə təbliğ edilməsindən, "ağ ölüm"ün yaratdığı fəsadlardan danışılıb. Bu tip halların qarşısının alınması və gəncləri bu bəladan uzaqlaşdırmaq üçün görüləcək tədbirlər barədə məlumat verilib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş