Qazax Gənclər Mərkəzində narkomaniya və narkobizneslə mübarizə məqsədilə maarifləndirici tədbir keçirilib
Bu gün narkomaniya və
narkobizneslə mübarizə məqsədilə növbəti maarifləndirici tədbir Qazax Rayon Gənclər
və İdman İdarəsinin 2019-cu ilin ikinci yarımili üçün təsdiqlənmiş tədbirlər
planına uyğun olaraq keçirilib. Qazax Gənclər Mərkəzində 200 nəfər
gəncin iştirakı ilə keçirilən tədbirdə narkomaniya və onun törətdiyi fəsadlardan
söhbət açılıb. Narkomaniyanın fəsadlarından bəhs edən "Bəla” filmi nümayiş
etdirilib. Rayon Gənclər və İdman İdarəsinin
rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq narkomaniya və onun
fəsadları ilə bağlı ətraflı məlumat verib, "ağ ölüm”ün ailə və cəmiyyət üçün
yaratdığı ciddi problemləri diqqətə çatdırıb. Narkomaniyanın qarşısının
alınması üçün dövlət orqanlarının, ictimai təşkilatların, təhsil işçilərinin və
valideynlərin birgə mübarizə aparmalarını, bu mövzuda maarifləndirici tədbirlərin
davamlı keçirilməsini qeyd edib. Hər kəsi, xüsusilə də gəncləri bu istiqamətdə
görülən işlərdə fəal olmağa, hüquq-mühafizə orqanları tərəfindən keçirilən
profilaktiki tədbirlərdə iştirak etməyə çağırıb. Sonra mövzu ətrafında Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının
narkoloqu Nahidə Osmanova, Rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik
işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Yusifov, İ.Qayıbov adına
şəhər 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Şəlalə Məhərrəmova, Qazax
Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin
müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva çıxış edərək narkomaniyanın insanlara
vurduğu mənəvi və maddi zərərlərdən söz açıblar. Eləcə də narkotik aludəçisi
olan şəxslərin sağlam həyata qayıtmasının çox çətin olduğunu vurğulayıblar.
Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və
insanın şəxsi həyatında törədə biləcəkləri neqativ halları diqqətə çatdırıblar. Hər bir gəncin hüquq və
vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq olmalı, yeniyetmə və
gənclərimizin yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından
istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə
sədaqət ruhunda böyüməli, ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam
fərdə çevrilməli olduqlarını qeyd ediblər. GOYEZEN.AZ
Hər kəsə yaxşı məlumdur ki, son illər ölkəmizdə bütün sahələrlə yanaşı cənab
Prezident İlham Əliyevin qayğısı sayəsində "Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa
qarşı mübarizə sahəsində görülən işlər də diqqət mərkəzində saxlanılır. Ölkə
başçısının 22 iyul 2019-cu il tarixli Sərəncamına əsasən "Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və
narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın
təsdiq edilməsi, növbəti 5 illik Dövlət Proqramının icrası ilə bağlı
hazırlanmış Tədbirlər Planı bu sahədə görülən işlərin əyani sübutudur. Respublikamızın
hər yerində olduğu kimi Qazaxda da Dövlət Proqramının icrası uğurla yerinə
yetirilir. Bununla əlaqədar gənclər arasında silsilə tədbirlər təşkil olunur.
Facebook-da paylaş