Əsas Səhifə > Gənclər > Qazax Gənclər Mərkəzində narkomaniya və narkobizneslə mübarizə məqsədilə maarifləndirici tədbir keçirilib

Qazax Gənclər Mərkəzində narkomaniya və narkobizneslə mübarizə məqsədilə maarifləndirici tədbir keçirilib


20-12-2019, 18:58


Hər kəsə yaxşı məlumdur ki, son illər ölkəmizdə bütün sahələrlə yanaşı cənab Prezident İlham Əliyevin qayğısı sayəsində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində görülən işlər də diqqət mərkəzində saxlanılır. Ölkə başçısının 22 iyul 2019-cu il tarixli Sərəncamına əsasən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, növbəti 5 illik Dövlət Proqramının icrası ilə bağlı hazırlanmış Tədbirlər Planı bu sahədə görülən işlərin əyani sübutudur. Respublikamızın hər yerində olduğu kimi Qazaxda da Dövlət Proqramının icrası uğurla yerinə yetirilir. Bununla əlaqədar gənclər arasında silsilə tədbirlər təşkil olunur.

Bu gün narkomaniya və narkobizneslə mübarizə məqsədilə növbəti maarifləndirici tədbir Qazax Rayon Gənclər və İdman İdarəsinin 2019-cu ilin ikinci yarımili üçün təsdiqlənmiş tədbirlər planına uyğun olaraq keçirilib.

Qazax Gənclər Mərkəzində 200 nəfər gəncin iştirakı ilə keçirilən tədbirdə narkomaniya və onun törətdiyi fəsadlardan söhbət açılıb. Narkomaniyanın fəsadlarından bəhs edən "Bəla” filmi nümayiş etdirilib.


Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq narkomaniya və onun fəsadları ilə bağlı ətraflı məlumat verib, "ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırıb. Narkomaniyanın qarşısının alınması üçün dövlət orqanlarının, ictimai təşkilatların, təhsil işçilərinin və valideynlərin birgə mübarizə aparmalarını, bu mövzuda maarifləndirici tədbirlərin davamlı keçirilməsini qeyd edib. Hər kəsi, xüsusilə də gəncləri bu istiqamətdə görülən işlərdə fəal olmağa, hüquq-mühafizə orqanları tərəfindən keçirilən profilaktiki tədbirlərdə iştirak etməyə çağırıb.

Sonra mövzu ətrafında Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının narkoloqu Nahidə Osmanova, Rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Yusifov, İ.Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Şəlalə Məhərrəmova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva çıxış edərək narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıblar. Eləcə də narkotik aludəçisi olan şəxslərin sağlam həyata qayıtmasının çox çətin olduğunu vurğulayıblar. Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəkləri neqativ halları diqqətə çatdırıblar.r bir gəncin hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq olmalı, yeniyetmə və gənclərimizin yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməli olduqlarını qeyd ediblər.






GOYEZEN.AZ


Geri qayıt