• Təqvim

  • Maraq



Qazaxda 12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş bilik yarışı keçirilib


"İntellektual klub"un təşkilatçılığı ilə 12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş bilik yarışı keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi tərəfindən "Nə? Harada? Nə zaman?" formatında reallaşan intellektual turnirdə 10 komandanın heyətində 40 gənc iştirak edib.

Gənclər ilk olaraq 2 yarımqrupda mübarizə aparıblar. Ən yaxşı nəticə göstərən 4 komanda finala yüksəlib.

Yekun nəticələrə əsasən, "Wolfram" komandası I, "Ötükən" komandası II, "Born" komandası isə III yeri tutub.

Qalib və mükafatçılar Diplomlarla təltif olunub. 


 


 

GOYEZEN.AZ



Facebook-da paylaş