• Təqvim

  • Maraq



Gənclər arasında "Qurtuluş kuboku" adlı intellektual turnir keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "İntellektual klub"u çərçivəsində "Qurtuluş kuboku" adlı intellektual turnir keçirilib. 

15 İyun – Milli Qurtuluş Gününə həsr olunan və "Nə? Harada? Nə zaman?" formatında reallaşan yarışda 10 komandanın heyətində 40 gənc iştirak edib.

Gənclər ilk olaraq 2 yarımqrupda mübarizə aparıblar. Ən yaxşı nəticə göstərən 5 komanda finala yüksəlib.

Yekun nəticələrə əsasən "Wolfram" komandası "Qurtuluş kuboku"na yiyələnib. "Səhərə yaxın" komandası II , "Sarkazm" komandası isə III yeri tutub. Qalib və mükafatçılar Diplomlarla təltif olunublar. 



 

GOYEZEN.AZ



Facebook-da paylaş