• Təqvim

  • Unutma

  • Maraq



"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə növbəti turnir keçirilib


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə gənclər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə turnir keçirilib.

Qazax Gənclər Mərkəzində reallaşan yarışda 19 komandanın heyətində 95 gənc bilik savaşına çıxıb. 

Turnirin yekun nəticələrinə əsasən müstəqil "Narcos" komandası I yeri tutub. "Sarkazm" (müstəqil) kollektivi II pillədə qərarlaşıb. Bakı Dövlət Universitetinin Qazax filialının "Rigel" komandası isə III yerə layiq görülüb. 

Qalib və mükafatçılar Qazax GİKM tərəfindən diplomlarla təltif olunublar.




 

GOYEZEN.AZ



Facebook-da paylaş