"İnsan xarakteri" mövzusunda növbəti onlayn təlim keçirilib
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Bakı Dövlət Universitetinin Qazax
filialının Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "İçindəki
səni kəşf et" təlimlər silsiləsi davam edir. "İnsan xarakteri"
mövzusunda növbəti onlayn təlim "Ahəng" Psixologiya Reabilitasiya
İnkişaf Mərkəzinin rəhbəri, ailə-uşaq psixoloqu Vüsalə Əmiraslanovanın
təqdimatında "Zoom" platformasında keçirilib. Təlim: İnsan
tipləri; İnsan
xarakteri; Temperament; Temperamentin növləri - kimi başlıqları əhatə
edib.
GOYEZEN.AZ
Facebook-da paylaş