• Təqvim

  • Maraq



Qazax Rayon Gənclər və İdman İdarəsinin kollektivi uşaqlar günündə Vətən müharibəsi şəhidlərinin övladlarını unutmadı


Qazax Rayon Gənclər və İdman İdarəsinin kollektivi də 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımızın övladlarını yad ediblər.

Əlamətdar gün münasibətilə Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları tərəfindən Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Birinci Şıxlı kənd sakini, kapitan Pənahov Rövşən Mahmud oğlunun, Yuxarı Salahlı kənd sakini, baş gizir Hacıyev Teymur Zaur oğlunun, Xanlıqlar kənd sakini, çavuş İsgəndərov Pərvin Pərviz oğlunun övladlarına bayram hədiyyələri təqdim olunub.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhid övladlarının yad olunmasını həmin qayğının davamı kimi qiymətləndiriblər.

"Vətən uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Birinci Şıxlı kənd sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun övladları





"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid baş gizir Hacıyev Teymur Zaur oğlunun övladları




"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”"Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun övladı


GOYEZEN.AZ



Facebook-da paylaş