Qazaxda 28 May - Respublika Gününə həsr olunmuş vebinar keçirilib
Mayın 27-də Qazax Rayon Gənclər və İdman İdarəsinin, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 103-cü ildönümünə həsr olunmuş vebinar keçirilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək 28 May - Respublika Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, səmimi arzularını bildirib. V.Nəbiyev 28 May – Respublika Gününün tariximizin ən şanlı və parlaq səhifələrindən biri olduğunu, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyətinin bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdığını qeyd edib. Azərbaycan Xalq Cümhuriyyətinincəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardığını, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdiyini vurğulayıb.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanın öz suverenliyini qoruyub saxlamağı bacardığını, yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlətinin qurulduğunu və sürətli inkişaf yoluna qədəm qoyduğunu, Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin qətiyyətli addımları sayəsində işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edildiyini xalqımızın bu gün də qürur hissi ilə, fəxrlə söylədiyini və buna görə Ali Baş Komandana, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olduğumuzu söyləyib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Fizika-riyaziyyat elmləri namizədi, dosentMəmməd Yusifov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Şəhadət Abbasov mövzu ətrafında çıxış ediblər. Çıxışlarda 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin qısa fəaliyyəti dövründə gördüyü misilsiz işlərdən, müstəqil dövlətçiliyimizin inkişaf mərhələlərindən söhbət açılıb, əldə edilən uğurlar, Cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə danışılıb. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycanda daxili ictimai-siyasi sabitliyin möhkəmləndiyi və Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi nəzərə çatdırılıb.
Sonda Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri Məleykə Alməmmədova və Məleykə Rüstəmova 28 May - Respublika Gününə həsr olunmuş şeirlər söyləyiblər.
GOYEZEN.AZ
Facebook-da paylaş