Mayın
27-də Qazax Rayon Gənclər və İdman İdarəsinin, Bakı Dövlət Universitetinin
Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı
ilə 28 May - Respublika Gününə və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının
103-cü ildönümünə həsr olunmuş vebinar keçirilib.
Qazax Rayon
Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək 28
May - Respublika Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, səmimi
arzularını bildirib. V.Nəbiyev 28 May – Respublika Gününün tariximizin ən şanlı və parlaq səhifələrindən
biri olduğunu, mövcudluğunun ilk günlərindən
xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan
Xalq Cümhuriyyətinin bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi,
milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdığını qeyd edib. Azərbaycan Xalq Cümhuriyyətinincəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardığını,
onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdiyini vurğulayıb.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanın öz
suverenliyini qoruyub saxlamağı bacardığını, yenidən hakimiyyətə qayıdan Ümummilli
Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər
gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini bildirib. Ulu
Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlətinin
qurulduğunu və sürətli inkişaf yoluna qədəm qoyduğunu, Ümummilli Liderin bu
siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb.
44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin qətiyyətli addımları sayəsində
işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edildiyini
xalqımızın bu gün də qürur hissi ilə, fəxrlə söylədiyini və buna görə Ali Baş
Komandana, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını
itirən qazilərimizə minnətdar olduğumuzu söyləyib.
Qazax
Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris
və elmi işlər üzrə direktor müavini, Fizika-riyaziyyat elmləri namizədi, dosentMəmməd Yusifov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq
və Qiymətləndirmə şöbəsinin müdiri,
Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, YAP Qazax Rayon Təşkilatı
Gənclər Birliyinin sədri Kənan Hüseynli, Qazax Rayon Gənclər və İdman İdarəsinin
könüllüsü Şəhadət Abbasov mövzu ətrafında çıxış ediblər. Çıxışlarda
1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin qısa
fəaliyyəti dövründə gördüyü misilsiz işlərdən, müstəqil dövlətçiliyimizin
inkişaf mərhələlərindən söhbət açılıb, əldə edilən uğurlar, Cümhuriyyətin mövcud
olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin
tərəqqisinə verdiyi töhfələr barədə danışılıb. Ulu Öndər Heydər Əliyevin düşünülmüş
və uzaqgörən siyasəti nəticəsində Azərbaycanda daxili ictimai-siyasi sabitliyin
möhkəmləndiyi və Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirildiyi nəzərə çatdırılıb.
Sonda Qazax
Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri Məleykə Alməmmədova və Məleykə
Rüstəmova 28 May - Respublika Gününə həsr
olunmuş şeirlər söyləyiblər.
GOYEZEN.AZ
Geri qayıt
|