• Təqvim

  • Unutma

  • Maraq



“İnformasiya texnologiyalarından düzgün istifadə qaydaları” başlığı altında onlayn təlim keçirilib


Mayın 25-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən "İnformasiya texnologiyalarından düzgün istifadə qaydaları” başlığı altında onlayn təlim keçirilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək gəncləri salamlayıb, təlimin işinə uğurlar arzulayıb. 

Sonra Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin informasiya və resurs şöbəsinin operatoru Könül Əsgərova informasiya texnologiyalarından düzgün istifadə qaydaları barədə gənclərə ətraflı məlumat verib. Ümumilikdə, 27 nəfərin iştirak etdiyi təlimdə gəncləri maraqlandıran suallar cavablandırılıb.



 

GOYEZEN.AZ



Facebook-da paylaş