Gənclər üçün təşkil olunmuş İngilis dili dərsləri davam edir
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax, Şəmkir, Goranboy, Yevlax, Şamaxı və Göyçay
nümayəndəliyindən olan təcrübəçilər üçün "CELT Colleges” ilə birgə İngilis dili
dərsləri davam edir. 2 ay davam edəcək dərslər
onlayn formatda "CELT Colleges”in Memar Əcəmi filialının İngilis dili müəllimi,
"TEFL”, "TESL”, "TKT” və "CAMBRIDGE ESOL” sertifikatları ilə təltif olunmuş
Aytac Ağalarova tərəfindən keçirilir. Bugünkü dərsin mövzusu "Countable and uncountable
nouns" (Sayılan və sayılmayan isimlər) olub. Dərsdə 6 rayon üzrə 30-dək
təcrübəçi iştirak edib.
GOYEZEN.AZ
Facebook-da paylaş