• Təqvim

  • Unutma

  • Maraq



Onlayn İngilis dili dərsləri davam edir


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax, Şəmkir, Goranboy, Yevlax, Şamaxı və Göyçay nümayəndəliyindən olan təcrübəçilər üçün "CELT Colleges” ilə birgə İngilis dili dərsləri davam edir. 

2 ay davam edəcək dərslər onlayn formatda "CELT Colleges”in Memar Əcəmi filialının ingilis dili müəllimi, "TEFL”, "TESL”, "TKT” və "CAMBRIDGE ESOL” sertifikatları ilə təltif olunmuş Aytac Ağalarova tərəfindən keçirilir.

Bugünkü dərsdə "Present Continuous Tense" (İndiki Davamedici Zaman) mövzusu üzrə keçirilənlər təkrar olunub, yeni sözlər öyrənilib. Dərsdə 6 rayon üzrə 30-dan çox təcrübəçi iştirak edib.



 

GOYEZEN.AZ



Facebook-da paylaş