Əsas Səhifə > Gənclər > Gənclər üçün təşkil olunmuş İngilis dili dərsləri davam edir

Gənclər üçün təşkil olunmuş İngilis dili dərsləri davam edir


22-05-2021, 19:52


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax, Şəmkir, Goranboy, Yevlax, Şamaxı və Göyçay nümayəndəliyindən olan təcrübəçilər üçün "CELT Colleges” ilə birgə İngilis dili dərsləri davam edir. 

2 ay davam edəcək dərslər onlayn formatda "CELT Colleges”in Memar Əcəmi filialının İngilis dili müəllimi, "TEFL”, "TESL”, "TKT” və "CAMBRIDGE ESOL” sertifikatları ilə təltif olunmuş Aytac Ağalarova tərəfindən keçirilir.

Bugünkü dərsin mövzusu "Countable and uncountable nouns" (Sayılan və sayılmayan isimlər) olub. Dərsdə 6 rayon üzrə 30-dək təcrübəçi iştirak edib.

 

GOYEZEN.AZ


Geri qayıt