• Təqvim

  • Maraq



2 Fevral - Azərbaycan Gəncləri Günü “Qazax Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən silsilə tədbirlərlə qeyd olunub


2 Fevral – Azərbaycan Gəncləri Günü hər bir gənc üçün gözəl və əlamətdar bayramlardan biridir. Builki Gənclər Günü isə əvvəlkilərdən fərqlənir. Azərbaycan gəncləri builki bayramlarını qalib ölkənin gəncləri olaraq ikiqat sevinc və böyük qürur hissi ilə qeyd edirlər. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun böyük rəşadəti sayəsində torpaqlarımızı işğaldan azad etməsini builki bayramlarına əsl töhfə kimi qəbul edərək Ali Baş Komandana, ordumuzun əsgər və zabitlərinə, hərbçilərinə minnətdarlıqlarını bildirirlər.

Respublikamızın hər yerində olduğu kimi, 2 Fevral – Azərbaycan Gəncləri Günü "Qazax Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən də silsilə tədbirlərlə qeyd olunub.

"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və bir qrup könüllü əvvəlcə 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsisçisi, Ulu Öndər Heydər Əliyevin Qazax şəhərində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətə olan sonsuz ehtiramlarını bildiriblər.


 

Sonra 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə müəssisənin könüllüləri və Qazax şəhərində fəaliyyət göstərən bir neçə idarənin gənclərlə işləyən əməkdaşı Diplom və hədiyyə ilə təltif ediliblər.

Həmçinin "Qazax Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş və fevralın 1-də yekunlaşan "Mənim istedadım” adlı onlayn müsabiqənin qalibləri mükafatlandırılıblar.

I yerin qalibi Ağayeva Günəş Cəlil qızına (29 yaş), II yerin qalibi Osmanov Yolçu Şahnazar oğluna (16 yaş) və III yerin sahibi İsmayılova Ayan Ceyhun qızına (15 yaş) Diplom və qiymətli hədiyyə təqdim olunub.





 

 

GOYEZEN.AZ



Facebook-da paylaş