• Təqvim

  • Maraq



Qazax Rayon Gənclər və İdman İdarəsinin kollektivi və bir qrup könüllü 2 Fevral - Gənclər Günündə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər


Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. Gənclər Gününün tarixi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1995-ci ildə gənclər forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü və 1996-cı ilin 2 fevral tarixində birinci Gənclər Forumu baş tutdu. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı müvafiq Sərəncamla isə Azərbaycan Gənclərinin Forumunun keçirildiyi tarix - 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başladı. Ondan sonra keçən dövrdə Azərbaycanda hər 3 ildən bir gənclər forumları keçirilir. Forumlarda gənclərimizi maraqlandıran məsələlər müzakirə olunur, qərarlar qəbul edilir.

2 Fevral - Gənclər Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd edilib. Əlamətdar gün münasibətilə onlayn videokonfranslar, toplantılar, vebinarlar keçirilib.

Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin kollektivi və bir qrup könüllü 2 Fevral - Gənclər Gününün müəllifi olan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəli önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

 

Gənclər Ulu Öndər Heydər Əliyev tərəfindən onlara hər zaman böyük diqqət və qayğı göstərildiyini bir daha minnətdarlıq hissi ilə qeyd ediblər. Ümummilli Liderin 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratmasını, gəncləri bir araya toplamasını, 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin gənclər Forumunun keçirilməsini gənclərə olan qayğının bariz nümunəsi kimi qeyd ediblər. 1997-ci il fevral ayının 1-də Azərbaycan Respublikası Prezidentinin Forum nümayəndələrinin bir qrupu ilə görüşündə Forumdan keçən 1 il ərzində görülmüş işləri təhlil etməsini, gəncliklə bağlı əsas problemlərin həlli yollarını müəyyən etməsini Azərbaycan gəncliyinə verdiyi böyük dəyər kimi qiymətləndiriblər. Ulu Öndərin elə həmin gün imzaladığı Sərəncamla 2 fevral tarixinin Azərbaycanda Gəncləri Günü elan edilməsini gənclərə, gələcək nəslə verilən daha bir qiymət kimi dəyərləndiriblər.

Gənclər Ümummilli Liderin onlara olan diqqət və qayğısını bu gün də hiss etdiklərini, cənab Prezident İlham Əliyev tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını vurğulayıblar. Ölkə başçısı tərəfindən 2007-ci ilin "Gənclər ili” elan edilməsini, "Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiqini, 2011-ci ildə Gənclər Fondunun yaradılmasını, gənclərin sosial müdafiəsi ilə bağlı müxtəlif Sərəncamların verilməsini, eyni zamanda ölkə başçısının 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə yola saldığımız 2020-ci ilin "Könüllülər ili” elan olunmasını gənclərə olan qayğının əyani sübutu kimi bir daha dilə gətiriblər.  

 

Azərbaycan gəncliyi olaraq onlara göstərilən etimadı öz əməli işləri ilə doğruldacaqlarını söyləyiblər. 44 günlük Vətən müharibəsində olduğu kimi, bundan sonra da Silahlı Qüvvələrin Ali Baş Komandanı, gənclərin yaxın dostu cənab İlham Əliyevin və hər zaman onlara qayğı ilə yanaşan Birinci vitse-prezident Mehriban Əliyevanın ətrafında yumruq tək birləşəcəklərini, müstəqil Azərbaycanın daha da çiçəklənməsi naminə var qüvvələri ilə çalışacaqlarını bildiriblər.



 

GOYEZEN.AZ



Facebook-da paylaş