Qazaxda COVID-19 pandemiyasının qarşısını almaq məqsədilə növbəti maarifləndirici aksiya keçirilib
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da xüsusi karantin rejiminin qaydalarına əməl olunması, tibbi maskadan istifadənin zəruriliyi və digər qabaqlayıcı tədbirlər haqqında vətəndaşlar arasında aparılan maarifləndirici söhbətlər davam etdirilir.
Bu gün "Qazax Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən ölkəmizdə mövcud olan COVID-19 pandemiyasının qarşısını almaq məqsədilə şəhərin müxtəlif ərazilərində sakinlərə flayerlər və tibbi maskaların paylanılması aksiyası keçirilib.
16 nəfərin iştirak etdiyi aksiyada könüllülərdən ibarət qruplar tərəfindən şəhərin Heydər Əliyev prospekti boyunca vətəndaşlara tibbi maskalar paylanılıb, maarifləndirici söhbətlər aparılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş