Qazaxda COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə dəstək məqsədilə növbəti sosial aksiya keçirilib
Azərbaycan
Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının
alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında
Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin
tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması
üçün zəruri tədbirlər görülür. Ölkə
daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi istiqamətində həyata
keçirilən işlərdən biri də əhali arasında aparılan maarifləndirmə tədbirləri və
vətəndaşlara tibbi maskaların paylanılmasıdır. COVID-19
pandemiyası ilə mübarizə tədbirlərinə dəstək məqsədilə dövlət-biznes
əməkdaşlığı çərçivəsində daha bir sosial aksiyaya start verilib. İqtisadiyyat
Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının və sahibkarların dəstəyi ilə təşkil olunmuş aksiya paytaxt
Bakı ilə yanaşı, respublikamızın regionlarında da həyata keçirilir. Ümumilikdə,
iyul-avqust ayları ərzində təşkil olunacaq bu aksiya çərçivəsində ölkənin 20-ə
yaxın şəhər və rayonunda vətəndaşlara 20 mindən çox tibbi maskanın paylanılması
nəzərdə tutulur. Maarifləndirici
aksiya çərçivəsində bu gün növbəti tədbir Qazax rayonunda baş tutub. Qazax
Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
və "Azerlime” əhəng zavodunun birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı
vətəndaşlara koronavirus infeksiyasından qorunmaq üçün tibbi maska paylanılaraq
onlarla xüsusi karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər
aparılıb. Qazax
Rayon Gənclər və İdman İdarəsinin, Qazax "Gənclər evi” sosial xidmət müəssisəsinin, YAP
Qazax Rayon Təşkilatı Gənclər Birliyinin, Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin könüllülərinin iştirakı ilə baş tutan
aksiya zamanı vətəndaşların daha çox olduğu xidmət, ticarət və ictimai iaşə
obyektlərində, parklarda sakinlərə 1200 ədəd tibbi maska paylanılıb, koronavirus
infeksiyasının profilaktikasına dair ətraflı məlumat verilib. "Fəxri Qazaxlılar" parkı
Mərkəzi bazar
"Qazax Avtovağzal” ASC
"Əsədoğlu" marketin qarşısı və ətrafı GOYEZEN.AZ
Facebook-da paylaş