Qazaxda gənc könüllülər şəhər sakinlərinə tibbi maska paylayıblar
Hazırda
dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası
müşahidə olunmaqdadır. Bu tendensiya Azərbaycandan da yan keçməyib. Bu səbəbdən
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və
tövsiyələrinə əsasən Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi
fəsadların qarşısının alınması məqsədilə həyata keçirilən mübarizə tədbirləri
davam etdirilir. Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da vətəndaşların koronavirus infeksiyasının
profilaktikasına dair maarifləndirilməsi işləri aparılır. Bu
gün COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Qazax Rayon Gənclər və İdman İdarəsi
tərəfindən növbəti maarifləndirmə aksiyası keçirilib. İdarənin könüllüləri
tərəfindən ticarət və xidmət obyektlərinə yaxın yerlərdə, parklarda vətəndaşlarla
karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılıb, onlara
tibbi maska və bukletlər paylanılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş