Əsas Səhifə > Gənclər > Qazaxda gənc könüllülər şəhər sakinlərinə tibbi maska paylayıblar

Qazaxda gənc könüllülər şəhər sakinlərinə tibbi maska paylayıblar


19-11-2020, 18:35


Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdadır. Bu tendensiya Azərbaycandan da yan keçməyib. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əsasən Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə həyata keçirilən mübarizə tədbirləri davam etdirilir.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair maarifləndirilməsi işləri aparılır.

Bu gün COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən növbəti maarifləndirmə aksiyası keçirilib.

İdarənin könüllüləri tərəfindən ticarət və xidmət obyektlərinə yaxın yerlərdə, parklarda vətəndaşlarla karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılıb, onlara tibbi maska və bukletlər paylanılıb.













GOYEZEN.AZ


Geri qayıt