Qazaxda marşrut sürücülərinə xəbərdarlıq olunub
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması
məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə
riayət edilməsi istiqamətində həyata keçirilən
tədbirlər Qazaxda da uğurla davam etdirilir. Koronavirus
pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın
yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı
maarifləndirmə və təbliğat işləri, habelə
fərdi izahetmə-xəbərdarlıq işi aparılır. Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü ilə yaradılmış
mobil qruplar tərəfindən şəhərdə, kənd və qəsəbələrdə, insanların sıx olduğu digər
yerlərdə əhali ilə maarifləndirmə söhbətləri aparılır. Vətəndaşlara epidemiyadan
qorunmaq üçün tətbiq olunan karantin qaydalarının, özünütəcridin, sosial məsafə
saxlanılmasının, tibbi maska və digər tibbi mühafizə vasitələrindən müntəzəm
istifadənin əhəmiyyəti ətraflı izah olunur. Mobil qrupun üzvləri, həmçinin
avtobus dayanacaqlarında, ictimai nəqliyyatda, marketlərdə, mərkəzi bazarda,
hərəkətin sıx olduğu digər yerlərdə reydlər keçirərək vətəndaşların özünüqoruma
qaydalarına əməletmə vəziyyətini yoxlayır, qaydalara riayət etməyən şəxslərlə
ciddi izahat işi aparırlar. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi
Vüqar Məmmədovun, "Qazax Avtovağzal” ASC-nin müdiri Eyvaz
Quliyevin iştirakı ilə şəhərarası
və kəndlər üzrə fəaliyyət göstərən bir qrup marşrut sürücüsünü qəbul edib. İctimai nəqliyyatda
vətəndaşların sosial məsafə saxlaması, tibbi maskadan istifadənin vacibliyi ilə
bağlı məsələlər müzakirə olunub. Ölkə Prezidenti cənabİlham Əliyevin rəhbərliyi
altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindənəhalinin sağlamlığının
qorunması istiqamətində həyata keçirilən bütün tədbirlərin kökündə vətəndaş
amilinin dayandığını qeyd edən icra başçısı bu mübarizədə hər kəsin həmrəylik
nümayiş etdirməsini bildirib. Rayon rəhbəri marşrut sürücülərinə
sərnişinlərlə COVID-19 pandemiyasından qorunmaq üçün şəxsi mühafizə
vasitələrindən və tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin,
gigiyenik qaydalara riayət olunmasının zəruriliyi barədə maarifləndirici söhbət
aparmalarını qeyd edib. Həmçinin karantin rejimini pozan, tibbi maskadan
istifadə etməyən sərnişinlər barədə ciddi cəza tədbirləri görüləcəyi barədə onlara
məlumat vermələrini vurğulayıb. Hər bir marşrut sürücüsünün məsuliyyət
daşıdığını və eyni cəza tədbirinin onlar haqqında da görüləcəyini qeyd edən
icra başçısı bir daha xəbərdarlıq edib. GOYEZEN.AZ
Facebook-da paylaş