“Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində növbəti maarifləndirmə tədbiri
Artıq xeyli müddətdir ki, ölkə Prezidenti
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
çağırışlarını əldə rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə
Mərkəzi (AKƏM) vətəndaşlar arasında "Bir-birimizi
qoruyaq” adlı sosial kampaniya
həyata keçirir. Aksiyanın əsas
məqsədi isə karantin rejiminin yumşaldılması ilə əlaqədar
vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər
davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə işi aparmaq,
cəmiyyətin sağlamlığını qorumaqdır. AKƏM-nin başlatdığı "Bir-birimizi
qoruyaq” kampaniyasına qoşulan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i maarifləndirmə
işlərini uğurla davam etdirirlər. Kampaniya çərçivəsində gənclər əhalinin kütləvilik
təşkil etdiyi yerlərdə vətəndaşlar arasında maarifləndirmə işləri aparmaqla
yanaşı, sakinlərin əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və tibbi maskalar
da paylayıblar. "Gənc Könüllülər” Prezident İlham Əliyevin iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin
açılışında iştirak edərkən tibbi maskadan istifadə etməsini, eləcə də iyunun 9-da Bakının Bilgəh qəsəbəsində, həmçinin
Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul
tipli xəstəxana komplekslərinin açılışı zamanı maska taxmağın vacibliyi
haqqında söylədiyi fikirləri bir daha vətəndaşların diqqətinə çatdırıblar. Gənclər sakinləri öz şəxsi məsuliyyətlərini
hiss etməyə, Operativ Qərargahın xüsusi karantin rejimi qaydaları ilə bağlı tələb və tövsiyələrinə əməl etməyə
çağırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş