Qazaxda "Gənc Könüllülər” pandemiyaya qarşı mübarizə tədbirlərinə dəstək verməkdə davam edirlər
Cənab Prezident İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarını əldə rəhbər tutan
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) start verdiyi "Bir-birimizi
qoruyaq” kampaniyası Qazaxda
uğurla icra olunmaqdadır. "Bir-birimizi qoruyaq" aksiyasına qoşulan Qazax Gənclərin İnkişaf və
Karyera Mərkəzinin "Gənc Könüllülər”i ilk gündən fəal iştirak edərək
hər gün maarifləndirmə tədbirləri həyata keçirirlər. Aksiya çərçivəsində gənclər
bu dəfə təcili tibbi yardım maşınlarının üzərinə, habelə əhalinin çox olduğu
müxtəlif məkanlarda - ticarət obyektlərində, geyim və qida mağazalarında,
avtovağzalda koronavirusdan qorunmaq məqsədilə hazırlanan üzərində "Dayanmadan çalışırıq”, "Nümunəvi obyekt”, "Bir-birimizi qoruyaq”, "Məsafə saxla” kimi təbliğat və təşviqat
yazıları əks olunmuş xüsusi stikerlər yapışdırıblar. "Gənc Könüllülər” hər kəsi "Gəlin,
qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!” devizini əldə rəhbər
tutaraq xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırıblar. Azərbaycanda fəaliyyət göstərən könüllülər
təşkilatları və hərəkatları tərəfindən yaradılmış AKƏM-nin həyata keçirdiyi aksiyanın əsas
məqsədi karantin rejiminin
yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial
məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında
ictimai maarifləndirmə aparmaq, cəmiyyətin sağlamlığını qorumaqdır. GOYEZEN.AZ
Facebook-da paylaş