Qazaxda "Gənc Könüllülər” “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində yeni aksiyaya başlayıblar
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarını əldə rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) start verdiyi "Bir-birimizi qoruyaq” kampaniyası Qazaxda ilk gündən uğurla icra olunur.
"Bir-birimizi qoruyaq" aksiyasında fəal iştirak edən Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i demək olar ki, hər gün maarifləndirmə tədbirləri həyata keçirirlər.
Gənclər bu dəfə əhalinin kütləvilik təşkil etdiyi Qazax Rayon Notariat ofisində vətəndaşlar arasında maarifləndirmə işləri aparıblar. Sakinlərin əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək, tibbi maska və bukletlər paylayıblar.
Həmçinin gənclər ölkə Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük” təşəbbüsü çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən start verilən "Bir-birimizi qoruyaq!” adlı kampaniyanın bir hissəsi olaraq yeni maraqlı aksiyaya başlayıblar.
Aksiya çərçivəsində gənclər əhalinin çox olduğu müxtəlif məkanlarda - şəhər ərazisində fəaliyyət göstərən ticarət, ictimai iaşə obyektlərində, poçt filialında, bankomatlarda koronavirusdan qorunmaq məqsədilə hazırlanan üzərində təbliğat və təşviqat yazıları əks olunmuş stikerlər yapışdırıblar. Belə ki, karantin qaydalarına riayət olunan məkanların girişlərinə "Burada qaydalara əməl olunur”və "Nümunəvi obyekt”, ictimai nəqliyyatda, şəxsi avtomobillərdə və parklarda "Aralı əyləşin, sağlam olun”, "Məsafə saxla”, "Bir-birimizi qoruyaq”, "Sağlamlıq məsafəsi saxlayın” yazılı xüsusi stikerlər yapışdırılıb.
"Gənc Könüllülər” "Gəlin, qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!” devizini əldə rəhbər tutaraq sosial aksiyada fəallıq nümayiş etdirirlər.
Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış AKƏM-nin həyata keçirdiyi aksiyanın əsas məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə aparmaq, cəmiyyətin sağlamlığını qorumaqdır.
GOYEZEN.AZ
Facebook-da paylaş