“Gənc Könüllülər” "Bir-birimizi qoruyaq” aksiyasında fəal iştirak edirlər
Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarını əldə rəhbər tutaraq, Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) start verdiyi "Bir-birimizi qoruyaq” adlı kampaniyaya qazaxlı gənclər də ürəklə qatılıblar.
AKƏM-nin başlatdığı "Bir-birimizi qoruyaq" kampaniyasına qoşulan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i ilk gündən bu aksiyada fəal iştirak edirlər.
Kampaniya çərçivəsində gənclər bu dəfə əhalinin kütləvilik təşkil etdiyi "Azərpoçt" MMC-nin Qazax Poçt filialında vətəndaşlar arasında maarifləndirmə işləri aparıblar. Sakinlərin əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və tibbi maska paylayıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş