Cənab Prezident İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarını əldə rəhbər tutan
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) start verdiyi "Bir-birimizi qoruyaq” kampaniyası
Qazaxda ilk gündən uğurla icra olunur.
"Bir-birimizi qoruyaq" aksiyasında fəal iştirak edən Qazax Gənclərin İnkişaf və Karyera
Mərkəzinin "Gənc Könüllülər”i demək olar ki, hər gün maarifləndirmə tədbirləri
həyata keçirirlər.
Gənclər bu dəfə əhalinin
kütləvilik təşkil etdiyi Qazax
Rayon Notariat ofisində vətəndaşlar
arasında maarifləndirmə işləri aparıblar. Sakinlərin əllərini dezinfeksiya
etdikdən sonra onlara əlcək, tibbi maska və bukletlər paylayıblar.
Həmçinin gənclər ölkə Prezidenti İlham Əliyevin "Biz birlikdə
güclüyük” təşəbbüsü çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi
(AKƏM) tərəfindən start verilən "Bir-birimizi qoruyaq!” adlı kampaniyanın bir
hissəsi olaraq yeni maraqlı aksiyaya başlayıblar.
Aksiya çərçivəsində gənclər əhalinin çox olduğu
müxtəlif məkanlarda - şəhər ərazisində fəaliyyət göstərən ticarət, ictimai iaşə
obyektlərində, poçt filialında, bankomatlarda koronavirusdan qorunmaq məqsədilə
hazırlanan üzərində təbliğat və təşviqat yazıları əks olunmuş stikerlər
yapışdırıblar. Belə ki, karantin qaydalarına riayət olunan məkanların
girişlərinə "Burada qaydalara əməl olunur”və "Nümunəvi obyekt”, ictimai nəqliyyatda,
şəxsi avtomobillərdə və parklarda "Aralı əyləşin,
sağlam olun”, "Məsafə saxla”, "Bir-birimizi qoruyaq”, "Sağlamlıq məsafəsi
saxlayın” yazılı xüsusi stikerlər yapışdırılıb.
"Gənc Könüllülər” "Gəlin, qaydalara əməl edək,
sağlamlığımızı qoruyaq!” devizini
əldə rəhbər tutaraq sosial aksiyada fəallıq nümayiş etdirirlər.
Azərbaycanda fəaliyyət göstərən könüllülər
təşkilatları və hərəkatları tərəfindən yaradılmış AKƏM-nin həyata keçirdiyi aksiyanın əsas
məqsədi karantin rejiminin
yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial
məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında
ictimai maarifləndirmə aparmaq, cəmiyyətin sağlamlığını qorumaqdır.
GOYEZEN.AZ
Geri qayıt
|