Əsas Səhifə > Gənclər > Qazaxda "Gənc Könüllülər” pandemiyaya qarşı mübarizə tədbirlərinə dəstək verməkdə davam edirlər

Qazaxda "Gənc Könüllülər” pandemiyaya qarşı mübarizə tədbirlərinə dəstək verməkdə davam edirlər


6-06-2020, 12:16


Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarını əldə rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) start verdiyi "Bir-birimizi qoruyaq” kampaniyası Qazaxda uğurla icra olunmaqdadır.

"Bir-birimizi qoruyaq" aksiyasına qoşulan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i ilk gündən fəal iştirak edərək hər gün maarifləndirmə tədbirləri həyata keçirirlər.

Aksiya çərçivəsində gənclər bu dəfə təcili tibbi yardım maşınlarının üzərinə, habelə əhalinin çox olduğu müxtəlif məkanlarda - ticarət obyektlərində, geyim və qida mağazalarında, avtovağzalda koronavirusdan qorunmaq məqsədilə hazırlanan üzərində "Dayanmadan çalışırıq”, "Nümunəvi obyekt”, "Bir-birimizi qoruyaq”, "Məsafə saxla” kimi təbliğat və təşviqat yazıları əks olunmuş xüsusi stikerlər yapışdırıblar.

"Gənc Könüllülər” hər kəsi "Gəlin, qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!” devizini əldə rəhbər tutaraq xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırıblar.

Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış AKƏM-nin həyata keçirdiyi aksiyanın əsas məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə aparmaq, cəmiyyətin sağlamlığını qorumaqdır.










GOYEZEN.AZ


Geri qayıt