"Gənc Könüllülər” “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində növbəti maarifləndirmə işi aparıblar
Artıq xeyli müddətdir ki, ölkə Prezidenti
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
çağırışlarını əldə rəhbər tutan Azərbaycan
Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) vətəndaşlar arasında"Bir-birimizi qoruyaq” adlı sosial kampaniyaya start verib. Mərkəzin həyata keçirdiyi aksiyanın əsas məqsədi isə karantin
rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə
sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında
ictimai maarifləndirmə işi aparmaq, cəmiyyətin sağlamlığını qorumaqdır. AKƏM-nin başlatdığı "Bir-birimizi
qoruyaq” kampaniyasına qoşulanQazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin
"Gənc Könüllülər”i növbəti maarifləndirmə işi
aparıblar. Kampaniya çərçivəsində gənclər əhalinin kütləvilik
təşkil etdiyi bank filiallarının qarşısında vətəndaşlar arasında maarifləndirmə
işləri aparmaqla yanaşı, sakinlərin əllərini dezinfeksiya etdikdən sonra onlara
əlcək və tibbi maskalar da paylayıblar. "Gənc Könüllülər” Prezident
İlham Əliyevin iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında
iştirak edərkən tibbi maskadan istifadə etməsinin hər bir Azərbaycan vətəndaşı
üçün nümunə olduğunu bildiriblər. Gənclər sakinləri öz şəxsi məsuliyyətlərini
hiss etməyə, Operativ Qərargahın xüsusi karantin
rejimi qaydaları ilə bağlı tələb və tövsiyələrinə əməl etməyə çağırıblar. GOYEZEN.AZ
Facebook-da paylaş