Qazaxda "Gənc Könüllülər” "Gəlin, qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!” devizi altında növbəti çağırış ediblər
Ölkə Prezidenti cənab İlham Əliyevin və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın "Bir-birimizi
qoruyaq” çağırışlarını əldə rəhbər tutan Azərbaycan
Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) həmin ad altında start
verdiyi kampaniya Qazaxda da uğurla icra olunur. Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin
"Gənc Könüllülər”i də ilk
gündən həmin aksiyada fəal iştirak edərək maarifləndirmə tədbirləri həyata
keçirirlər. Aksiya çərçivəsində gənclər
əhalinin çox olduğu müxtəlif məkanlarda - kafe və restoranlarda, ictimai iaşə obyektlərində, bankomatlarda
koronavirusdan qorunmaq məqsədilə hazırlanan üzərində "Məsafə saxla”, "Bir-birimizi qoruyaq”, "Aralı əyləşin, sağlam olun”, "Nümunəvi
obyekt”, "Sağlamlıq məsafəsi saxlayın” təbliğat
və təşviqat yazıları əks olunmuş stikerlər yapışdırıb, məlumatlandırıcı
flayerlər paylayıblar. "Gənc Könüllülər” "Gəlin,
qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!” devizi altında
növbəti çağırış ediblər. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən
könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış AKƏM-nin həyata
keçirdiyi aksiyanın əsas məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar
vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər
davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə aparmaq,
cəmiyyətin sağlamlığını qorumaqdır. GOYEZEN.AZ
Facebook-da paylaş