Əsas Səhifə > Gənclər > Qazaxda "Gənc Könüllülər” "Gəlin, qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!” devizi altında növbəti çağırış ediblər
Qazaxda "Gənc Könüllülər” "Gəlin, qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!” devizi altında növbəti çağırış ediblər12-06-2020, 11:46 |
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın "Bir-birimizi qoruyaq” çağırışlarını əldə rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) həmin ad altında start verdiyi kampaniya Qazaxda da uğurla icra olunur. Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i də ilk gündən həmin aksiyada fəal iştirak edərək maarifləndirmə tədbirləri həyata keçirirlər. Aksiya çərçivəsində gənclər əhalinin çox olduğu müxtəlif məkanlarda - kafe və restoranlarda, ictimai iaşə obyektlərində, bankomatlarda koronavirusdan qorunmaq məqsədilə hazırlanan üzərində "Məsafə saxla”, "Bir-birimizi qoruyaq”, "Aralı əyləşin, sağlam olun”, "Nümunəvi obyekt”, "Sağlamlıq məsafəsi saxlayın” təbliğat və təşviqat yazıları əks olunmuş stikerlər yapışdırıb, məlumatlandırıcı flayerlər paylayıblar. "Gənc Könüllülər” "Gəlin, qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!” devizi altında növbəti çağırış ediblər. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış AKƏM-nin həyata keçirdiyi aksiyanın əsas məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə aparmaq, cəmiyyətin sağlamlığını qorumaqdır.
GOYEZEN.AZ Geri qayıt |