"Region gəncləri üçün robototexnika mühəndəsliyi təlimləri" adlı layihənin icrası uğurla başa çatıb
Bu gün
Qazax Gənclər Mərkəzində "Gələcəyə Körpü" İctimai Birliyi tərəfindən
"Region gəncləri üçün robototexnika mühəndəsliyi təlimləri" adlı
layihənin icrası uğurla başa çatıb.
Azərbaycan
Gənclər Fondunun XII qrant müsabiqəsinin qaliblərindən olan layihənin məqsədi
orta məktəblərin VI-VIII siniflərində təhsil alan şagirdlərə robotexnika sahəsi
üzrə ilkin məlumat və bacarığın öyrədilməsi, bu sahəyə marağı olan
yeniyetmələrin aşkar edilməsi və qeyri-formal təhsil metodları əsasında
şagirdlərin dəqiq elmlərə marağının artırılması olub.
3 gün
davam edən təlimdə N.Vəliyev adına şəhər 5 nömrəli tam və Q.Hacımahmudova adına şəhər
ümumi orta məktəbin ümumilikdə
25 nəfər şagirdi iştirak edib.
Qeyd edək
ki, daha əvvəl Gəncə şəhərində reallaşan robototexnika mühəndisliyi təlimləri gələn
həftə Şəmkirdə keçiriləcək.
GOYEZEN.AZ
Facebook-da paylaş