Qazaxda "Uğur Akademiyası" layihəsi çərçivəsində keçirilən təlimlər başa çatıb
Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun
maliyyə yardımı ilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual
İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Uğur
Akademiyası" layihəsi çərçivəsində sonuncu – altıncı təlim keçirilib. Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində "Müsahibələrdə
iştirak" mövzusunda reallaşan təlim
beynəlxalq sertifikatlı təlimçi Rafət Şirəliyev tərəfindən aparılıb. Təlim başa
çatdıqdan iştirakçılar müvafiq sertifikatlarla təltif olunublar. GOYEZEN.AZ
Facebook-da paylaş