Qazaxlı gənclər arasında "Erudit-Kvartet" oyunu üzrə ilk rayon birinciliyi keçirilib
![](/uploads/posts/2019-04/1555776057_mg_4161.jpg)
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə "Erudit-Kvartet" oyunu üzrə ilk rayon birinciliyi keçirilib.
Qazax Gənclər Mərkəzində keçirilən yarışda orta ümumtəhsil məktəbləri, Bakı Dövlət Universiteti Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecindən olmaqla, ümumilikdə 23 komanda 6 qrup üzrə mübarizə aparıb.
7 saat ərzində gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə görə, müstəqil "Wolfram" komandası I yerə, müstəqil "Stronsium-1" komandası II yerə və Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin "Spartak" komandası III yerə layiq görülüblər.
Qalib və mükafata layiq yerlər tutmuş komandalar, eləcə də komanda üzvləri müvafiq diplomlarla təltif olunublar.
Facebook-da paylaş