Qazaxda "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının rayon turu keçirilib
2 noyabr
tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 1585/02-19 saylı məktubuna əsasən, "Xəmsə" Milli
İntellektual Oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının birinci
mərhələsi-rayon turu keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin, Təhsil
şöbəsinin təşkilatçılığı ilə keçirilən intellektual oyunda 14-17 yaşlı yeniyetmələr
iştirak edib.
Rayon Gənclər Mərkəzində keçirilən oyuna Qazax Dövlət Sosial-İqtisadi
Kollecindən və rayonun orta ümumtəhsil məktəblərindən və müstəqil komandalar
olmaqla, ümumilikdə 24 komanda qatılıb. Ümumilikdə, 120 nəfər yeniyetmə qalib
adı uğrunda mübarizə aparıb.
Oyunun yekun nəticələrinə görə Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta
məktəbin "Empire" komandası birinci, müstəqil komandalardan
"Stronsium" ikinci, "Zirvə” isə üçüncü yerə layiq görülüblər.
Qalib komanda Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən kubokla, I, II, III yeri tutmuş komandaların üzvləri isə Diplomla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş