• Təqvim

  • Maraq



“Nə?”, “Harada?”, “Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib


Bu gün Qazax Gənclər Mərkəzində Qazax rayon Gənclər və İdman İdarəsinin  2018-ci ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş "Tədbirlər planı”na əsasən 18 Oktyabr - "Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş "Nə?”, "Harada?”, "Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və "Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 27 komandadan 135 nəfər gənc iştirak edib.

Bakı Dövlət Universitetinin Qazax filialının (5 komanda), Qazax Dövlət Sosial-İqtisadi Kollecinin (2 komanda), eləcə də orta ümumtəhsil məktəblərinin komandaları və müstəqil komandalar qələbə uğrunda mübarizə aparıblar.

Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İsmayıl Süleymanov tədbiri giriş sözü ilə açaraq yarışın şərtləri barədə məlumat verib.

Təhsil şöbəsinin əməkdaşı Təranə Səmədova çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.

Sonra iştirakçılara 25 sual təqdim olunub.

Yekun nəticələrə görə Qazax Dövlət Sosial-İqtisadi Kollecin "Müasir Azərbaycan Gəncliyi” (MAG) və "Qarabağ” komandaları müvafiq olaraq I və II yerləri tutublar. Bakı Dövlət Universitetinin Qazax filialının "Zəfər” komandası isə III yerə layiq görülüb.

Qalib komanda rayon Gənclər və İdman İdarəsi tərəfindən kubokla, I, II, III yerləri tutmuş komanda üzvləri isə müvafiq Diplomlarla təltif olunublar.






GOYEZEN.AZ

 



Facebook-da paylaş