• Təqvim

  • Maraq



Qazaxda “Səməd Vurğun və Aşıq Şəmşir dostluğu sazın-sözün vəhdətində” adlı şeir və rəsm müsabiqələri elan olunur


Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu və "Aşıq Şəmşir ocağı” İctimai Birliyi tərəfindən bu ilin may ayında Qazaxda "Səməd Vurğun və Aşıq Şəmşir dostluğu sazın-sözün vəhdətində” mövzusunda elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulur.

Qazaxda Xalq şairi Səməd Vurğun və Aşıq Şəmşir arasında olan dostluğun gələcək nəsillərə çatdırılması məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının, Qazax Rayon Təhsil Şöbəsinin, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin, Qazax Dövlət Rəsm Qalereyasının və Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə

"Səməd Vurğun və Aşıq Şəmşir dostluğu sazın-sözün vəhdətində” adlı şeir və rəsm müsabiqələri elan olunur

- Müsabiqədə iştirak etmək istəyənlər aidiyyəti üzrə adları qeyd olunan müəssisələrə müraciət etməlidir;

- Şeir müsabiqəsində Xalq şairi Səməd Vurğunun və Aşıq Şəmşirin yazmış olduğu şeirlərin ən yaxşı ifaçıları seçiləcəkdir;

- Rəsmlər Xalq şairi Səməd Vurğunun və Aşıq Şəmşirin rəsmləri olmalıdır;

Rəsmlər 2022-ci il may ayının 7-dək Qazax Dövlət Rəsm Qalereyasına və Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinə təhvil verməlidir;

Hər iki müsabiqədə 15-25 yaş arası gənclər iştirak edə bilərlər;

Hər iki müsabiqənin qalibləri mükafatla təltif olunacaq;

Əlavə məlumat üçün (050) 791-21-11 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

GOYEZEN.AZ



Facebook-da paylaş