• Təqvim

  • Unutma

  • Maraq



İsmayıl Şıxlının 100 illiyi münasibətilə rəsm müsabiqəsi elan olunub


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi Ağstafa regional mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş  Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarının sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında "Mən bu yurdun övladıyamadlı rəsm müsabiqəsini elan edir.

Müsabiqə "İsmayıl Şıxlının 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamının mahiyyətinə uyğun olaraq, Xalq yazıçı İsmayıl  Şıxlının bədii irsinin təbliği, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarının sakinləri arasında incəsənətə marağın artırılması, bölgənin mədəni həyatının zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin, vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədilə keçirilir.

Müsabiqəyə 29 yaşa qədər uşaq, yeniyetmə və gənclər qatıla bilər. Müsabiqədə iştirak etmək istəyənlər (Ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəbin adını qeyd etməklə) 1 və ya 2  əsərini 2019-cu il may ayının 10-dək Qazax Dövlət Rəsm Qalereyasına (ünvan: Qazax şəhəri, Heydər Əliyev prospekti 75, əlaqə telefonu: (022) 295-10-15, (050) 791-21-11) təqdim etməlidir.

Münsiflər heyəti tərəfindən öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən müəlliflərin əsərlərinə üstünlük veriləcəkdir. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və  yeni  yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.

Müsabiqə iki turdan ibarət olacaqdır.

I turdan keçmiş əsərlər əvvəlcə Qazax Dövlət Rəsm Qalereyasında nümayiş olunacaq və oradan seçilmiş əsərlərdən ibarət ikinci sərgi Bakı şəhərindəki Xətai Sənət Mərkəzində təşkil ediləcəkdir.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.  

I Yer - molbert və yağlı boya dəsti

II Yer - molbert və yağlı boya dəsti

III Yer - yağlı boya dəsti

Həvəsləndirici - 10 nəfər yağlı boya dəsti

Müsabiqədə iştirak etmək istəyənlərə tövsiyə olunan mövzular:

- Xalq yazıçısı İsmayil Şıxlı irsinin təbliği, ədibin  əsərlərinə çəkilmiş illüstrasiyalar, İsmayıl Şıxlının özünün və onun əsərlərindəki obrazların, qeyd olunan məkanların təsviri,  həmçinin, "Dəli Kür” filmindən kadrların və personajların təsviri;

- Bölgəyə məxsus sənət nümunələri (xalça, dulusçu, misgər);

- Bölgəyə aid tarixi abidələr, yerli mətbəx nümunələri;

- Qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimlərin təsviri;

- Bölgə üçün xarakterik olan musiqi və müxtəlif sənət alətinin təsviri;

- Bu bölgədən çıxmış dahi şəxsiyyətlərin obrazlarının təsviri;

- Hərbi vətənpərvərlik mövzusu;

- Yaşayış bölgəsinin, məhəllənin, küçənin, həyətin və təbiətin təsviri;

GOYEZEN.AZ



Facebook-da paylaş