• Təqvim

  • Unutma

  • Maraq



Qazax şəhərinin giriş hissəsi yenidən qurulub

Qazax şəhərinin giriş hissəsi yenidən qurulub
Qazax şəhərində tikinti-quruculuq işləri geniş vüsət alıb. Şəhərin küçə və meydanları, xiyabanları əsaslı şəkildə yenidən qurulur, şəhərin əvvəlki gözəlliyi tədricən özünə qayıdır. Şəhərdə yerləşən bütün çoxmənzilli binalarda Prezidentin sərəncamına uyğun olaraq təmir-tikinti işləri aparılır. Yaşayış binaları öz görkəmini köklü şəkildə dəyişir. Artıq çoxmənzilli binaların bir çoxunda tikinti işləri başa çatdırılıb, digərilərində isə işlər davam etdirilir.
Qazax şəhərinin giriş hissəsi yenidən qurulub
Bu günlərdə isə şəhərin girişində əsaslı şəkildə yenidənqurma işlərinə başlanılıb. Giriş hissədə olan hasarlar müasir ornamentlə bəzədilib. Səkilərin kənarlarına qazon otu və həmişəyaşıl gül kolları əkilib. Aparılan bu yenidənqurma işləri şəhərin giriş hissəsinin görkəmini baxımlı və gözəl edib.
Qazax şəhərinin giriş hissəsi yenidən qurulub
Şəhərin girişində görülən əsas işlərdən biri isə uca postament üzərində qoyulan at heykəlidir. Bu gün Dilboz atın rəmzi olan at heykəli həmin postament üzərinə qoyulub. Heykəlin qoyulma anından çəkilmiş fotoları sizlərə təqdim edirik.

Qazax şəhərinin giriş hissəsi yenidən qurulub
Qazax şəhərinin giriş hissəsi yenidən qurulub
GOYEZEN.AZ


Facebook-da paylaş