“İnamla müstəqilliyə doğru” adlı “Açıq dərs” təşkil olunub
Qazax Rayon İcra Hakimiyyəti, Rayon
Heydər Əliyev Mərkəzi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə
"Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində təşkil olunan "Açıq dərs”
bu gün də davam etdirilib. Noyabr-dekabr aylarında nəzərdə tutulan layihə çərçivəsində yuxarı
sinif şagirdlərinə tarix dərslərinin Heydər Əliyev Mərkəzində keçirilməsi məktəblilərin
də böyük marağına səbəb olur. "Açıq dərs”lərin təşkil olunmasında isə
əsas məqsəd xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu yollarında
keçdiyi şərəfli ömür yolu və müstəqilliyə doğru inamla qətiyyətli bir lider
kimi irəliləməsini gənclərə təbliğ etməkdir. Bugünkü "Açıq dərs” isə E.Cəfərov adına Çaylı
kənd 2 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə
keçirilib. Məktəb direktoru Abbas Carçıyevin,
təşkilatçı müavin Mətləb Cəlilovun, müəllimlərdən Esmira Bənnayevanın, İlhamə
Nağıyevanın iştirakı ilə baş tutan "Açıq dərs”də Ümummilli Liderin zəngin həyat
və fəaliyyətinə bir daha nəzər salınıb. "İnamla müstəqilliyə
doğru” başlıqlı mühazirəni Mərkəzin direktoru Ceyhunə Hüseynova oxuyub
və məktəblilərə 17 Noyabr – Milli Dirçəliş Gününün
tarixindən danışıb. Dərsdən sonra mühazirədə əhatə olunmuş dövrün
xronologiyasını özündə əks etdirən film nümayiş etdirilib. Dərs
muzeyin ekskursiyası ilə yekunlaşıb.
GOYEZEN.AZ
Facebook-da paylaş