Əsas Səhifə > Mədəniyyət > “İnamla müstəqilliyə doğru” adlı “Açıq dərs” təşkil olunub
“İnamla müstəqilliyə doğru” adlı “Açıq dərs” təşkil olunub14-11-2019, 22:48 |
Qazax Rayon İcra Hakimiyyəti, Rayon Heydər Əliyev Mərkəzi və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində təşkil olunan "Açıq dərs” bu gün də davam etdirilib. Noyabr-dekabr aylarında nəzərdə tutulan layihə çərçivəsində yuxarı sinif şagirdlərinə tarix dərslərinin Heydər Əliyev Mərkəzində keçirilməsi məktəblilərin də böyük marağına səbəb olur. "Açıq dərs”lərin təşkil olunmasında isə əsas məqsəd xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu yollarında keçdiyi şərəfli ömür yolu və müstəqilliyə doğru inamla qətiyyətli bir lider kimi irəliləməsini gənclərə təbliğ etməkdir. Bugünkü "Açıq dərs” isə E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib. Məktəb direktoru Abbas Carçıyevin, təşkilatçı müavin Mətləb Cəlilovun, müəllimlərdən Esmira Bənnayevanın, İlhamə Nağıyevanın iştirakı ilə baş tutan "Açıq dərs”də Ümummilli Liderin zəngin həyat və fəaliyyətinə bir daha nəzər salınıb. "İnamla müstəqilliyə doğru” başlıqlı mühazirəni Mərkəzin direktoru Ceyhunə Hüseynova oxuyub və məktəblilərə 17 Noyabr – Milli Dirçəliş Gününün tarixindən danışıb. Dərsdən sonra mühazirədə əhatə olunmuş dövrün xronologiyasını özündə əks etdirən film nümayiş etdirilib. Dərs muzeyin ekskursiyası ilə yekunlaşıb.
GOYEZEN.AZ
Geri qayıt |