“Müstəqillik ən böyük sərvətdir”
Bu gün Qazax Rayon
Heydər Əliyev Mərkəzi və Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin birgə
təşkilatçılığı ilə Azərbaycanın müstəqil, demokratik və dünyəvi bir dövlət kimi
yenidən mövcudluğunun dünyaya bəyan edildiyi gün – 18 oktyabr Azərbaycanın
Dövlət Müstəqilliyi Günü ilə əlaqədar "Müstəqillik ən böyük sərvətdir” başlıqlı
tədbir keçirilib. Azərbaycan
Respublikasının müstəqilliyinin qorunub saxlanılmasında böyük xidmətləri
olmuş Ulu Öndər Heydər Əliyevin ibrətamiz siyasi fəaliyyətini gənc nəsillərə
ötürmək məqsədilə təşkil edilmiş tədbir orta məktəb şagirdlərinin ifasında Azərbaycan
Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb. Sonra tədbir "18
oktyabr Müstəqillik Günü” filminin nümayişi ilə davam etdirilib. Q.Hacımahmudova adına
şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü müstəqillik
gününün tarixi haqqında geniş məlumat verərək bildirib ki, 1991-ci ilin 18
oktyabrında Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında
Konstitusiya aktını qəbul etdi və bununla da xalqımız XX əsrdə ikinci dəfə öz
müstəqilliyinə qovuşdu. Lakin siyasi savadı və bacarığı olmayan
şəxslərin səriştəsizliyi üzündən müstəqilliyimizi itirmək təhlükəsi
yaşayırdıq. Ölkədə dərin siyasi böhran hökm sürürdü. Məhz belə bir
zamanda müstəqilliyimizin xilaskarı dahi lider – Heydər
Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə
olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı və
əbədi etdi. Bu səbəbdən hər bir azərbaycanlı fəxarət və qürur hissi ilə söyləyə
bilir ki, müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin şah
əsəridir. Daha sonra məktəb
şagirdləri müstəqillik gününə həsr olunmuş şeirlər
söyləyiblər. Vətənpərvərlik ruhunda təşkil olunmuş tədbir muzeyin ekskursiyası
ilə başa çatıb.
GOYEZEN.AZ
Facebook-da paylaş