• Təqvim

  • Maraq



“ASAN Xidmət” mərkəzi BDU-nun Qazax filialında görüş keçirib


Azərbaycanın dövlət idarəçiliyi və sosial innovasiyalar sahəsindəki aparıcı təşəbbüslərindən biri olan “ASAN Xidmət” könüllülük proqramlarının inkişafında mühüm rol oynayır, bu məqsədlə xüsusi təlim proqramları təşkil edir. Bu proqramlar vasitəsilə könüllülər dövlət və qeyri-hökumət təşkilatlarındakı imkanlarından yararlana bilirlər.

Tovuz regional “ASAN xidmət” mərkəzinin Bakı Döpvlət Universitetinin Qazax filialında keçirdiyi görüş də bu məqsədi daşıyıb. Tədbirdə filialın tələbələri iştirak edib.

“ASAN Xidmət” mərkəzində könüllülər üzrə məsul şəxs Lalə İsmayılzadə və Elşən Abbasov görüşdə çıxış edərək tələbələrə asan könüllülüyü barədə ətraflı söz açıb, könüllülərin iş prinsipləri, nizam-intizam qaydaları haqqında tələbələrə geniş məlumat veriblər. Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

Eyni zamanda “Əsgərə məktub” proqramı çərçivəsində filialın tələbələri tərəfindən Vətənin keşiyində dayanan əsgərlərə məktublar yazılıb.

Elçin İSMSAYIL,

Filialın Mətbuat xidmətinin rəhbəri.



Facebook-da paylaş