• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında yaz imtahan sessiyası şəffaf və obyektiv keçir


Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. İyun ayının 5-dən imtahanlara start verilib.

Filialda imtahanlar 17 ixtisas üzrə iki növbədə keçirilir. Yaz imtahan sessiyasında 1735 tələbə iştirak edir. Sessiya ərzində tələbələr ümumilikdə 373 imtahan verəcəkdir. Gün ərzində imtahanlarda orta hesabla 400-450 nəfər tələbə iştirak edir. 

Yaz imtahan sessiyası ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işləri görülüb, nəzarətçi müəllim-koordinatorların siyahısı təsdiq olunub, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradılıb. İmtahanların nəticələri imtahan keçirilən gün tələbələrə elan olunur.

İmtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah və Apellyasiya Komissiyası formalaşdırılıb. Eyni zamanda, filialda “Qaynar xətt” də fəaliyyət göstərir.

Filialın direktoru, dosent Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olur, tələbələri maraqlandıran sualları cavablandırır.  

Filialda eyni zamanda, 7 ixtisas üzrə 11 nəfər magistr da imtahan verir. Sessiya ərzində magistrlar 40 imtahan verəcəkdir.

BDU-nun Qazax filialında yaz imtahan sessiyası şəffaf və obyektiv keçir. Sessiya iyul ayının 5-dək davam edəcəkdir.

Elçin İSMAYIL, 

BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş