• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında qış imtahan sessiyası şəffaf və obyektiv keçir


Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2022/2023-cü tədris ilinin qış imtahan sessiyası davam edir.

Filialda 17 ixtisas üzrə imtahanlar iki növbədə keçirilir. Qış imtahan sessiyasında 1768 tələbə iştirak edir. Gün ərzində orta hesabla 450-500 nəfər tələbə imtahanlarda iştirak edir. Son günlər havaların soyuq keçməsi səbəbindən yolların buz bağlamasına və qar yağmasına baxmayaraq filialın tələbələri arasında imtahana gecikmə halları qeydə alınmayıb.

Qış imtahan sessiyası ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işləri görülüb, nəzarətçi müəllim-koordinatorların siyahısı təsdiq olunub, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradılıb. 

İmtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah və Apelyasiya Komissiyası formalaşdırılıb. Həmçinin, filialda “Qaynar xətt” də fəaliyyət göstərir.

Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olur, tələbələri maraqlandıran sualları cavablandırır.  

BDU-nun Qazax filialında qış imtahan sessiyası şəffaf və obyektiv keçir. Sessiya fevral ayının 6-dək davam edəcəkdir.

Elçin İSMAYIL, 

BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş