Lənkəran rayonu ilə tanışlıq məktəblilərdə zəngin təəssürat oyadıb
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı olan qazaxlı məktəblilər Gəncə şəhərinin, Ağstafa, Bakının Nəsimi və Yasamal rayonlarının məktəbliləri ilə birlikdə noyabrın 12-də Lənkəran rayonuna səyahət ediblər.
GOYEZEN.AZ Qazax komandasının rəhbəri Rasim Carçıyevin verdiyi məlumata əsasən xəbər verir ki, tur-aksiyanın iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ulu öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra tur-aksiyanın iştirakçıları Lənkərandakı “Xanbulan” istirahət mərkəzinə və Hirkan Milli Parkına səyahət ediblər.
Məktəblilərə məlumat verilib ki, ümumi sahəsi 21 min 435 hektar olan Hirkan Milli Parkı Azərbaycan Respublikasının cənub-şərqində, Xəzər dənizi sahilində, Lənkəran və Astara inzibati rayonların ərazisində yerləşir. Park 2004-cü il fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılıb. Milli Park Hirkan qoruğunun və qoruğa bitişik meşə fondunun ərazisini əhatə edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı YUNESKO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün qeydiyyata alınıb.
Bildirilib ki, Hirkan Milli Parkı çoxlu sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Bu muzeyin yaşı min illərlə ölçülür.
Məktəblilər Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də yaxından tanış olublar.
Tur-aksiyanın iştirakçılarına cənub bölgəsində çayçılığın inkişaf tarixi, müəssisədə aparılan elmi-tədqiqat işləri, təcrübələr və onların nəticələri barədə ətraflı məlumat verilib.
Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Mayak” binası, “Dairəvi Qala”, Bayraq Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub.
Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə igid qəhrəmanın İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.
Axşam saatlarında məktəblilər “Şah sarayı”nda onlar üçün təşkil edilmiş müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.

Facebook-da paylaş