• Təqvim

  • Maraq



Qazaxda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir


Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir "Azərbaycan Bayrağı" ordenli şəhid Qaratel Hacımahmudova adına Qazax şəhər ümumi orta məktəb ərazi partiya təşkilatında keçirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dahi rəhbərin mənalı ömür yolunu əks etdirən videoçarx nümayiş etdirilib. 

Tədbiri giriş sözü ilə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəb ərazi partiya təşkilatının sədr müavini Çiçək Sanıyeva açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb.


YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycanın keçdiyi keşməkeşli və şərəfli inkişaf yolundan, Ulu Öndərin əsasını qoyduğu siyasi kursun bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən əzmlə, qətiyyətlə, müvəffəqiyyətlə davam etdirilməsindən söz açıb. 


Tədbirdə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru Hicran Əyyubova, ədəbiyyat müəllimi Flora Əmirova, Vətən müharibəsi şəhidi Hüseynov İlqar Yaşar oğlunun anası Nurcahan Ağasultanova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin doğma xalqı və Vətəni uğrunda müstəsna xidmətlərindən, misilsiz fəaliyyətindən ətraflı bəhs ediblər.

Sonda şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söyləyib, müxtəlif ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.



Facebook-da paylaş