• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında qış imtahan sessiyası uğurla başa çatıb


Bakı Dövlət Universitetinin Qazax filialında 2022-2023-cü tədris ilinin qış imtahan sesssiyası uğurla başa çatıb.  

Yanvarın 5-dən  başlayaraq fevralın 6-dək davam edən sessiyada imtahanlar obyektiv və şəffaf keçirilib.

İmtahan sessiyası müddətində tələbələrin müraciətlərinin qəbulu, araşdırılması və biliklərinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah, Apelyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərib. Sessiya ərzində Qərargaha daxil olan azsaylı müraciətlər operativ şəkildə araşdırılaraq həll olunub. Eyni zamanda, semestr müddətində filialda “Açıq qapı” günləri keçirilib, valideynlər övladlarının imtahan vermə prosesini izləyiblər.


Filialın direktoru A.Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olub, tələbələri maraqlandıran sualları cavablandırıb.

Filialda 17 ixtisas üzrə imtahanlar iki növbədə keçirilib. Sessiyada bakalavr səviyyəsi üzrə 1663 tələbə (əyani və qiyabi), magistratura pilləsi üzrə isə 7 ixtisas üzrə 19 nəfər magistrant imtahan veriblər. İmtahanlarda tələbələrin 98,2 faizi iştirak edib. Müvəffəqiyyət göstəricisi 82,9 faiz olan tələbələr yüksək bilik nümayiş etdiriblər.

Elçin İSMAYIL,

BDU Qazax filialının Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş