• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında yay imtahan sessiyası uğurla başa çatıb


Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2021/2022-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası uğurla başa çatıb.   

Sessiya ərzində 17 ixtisas üzrə 54 qrupda imtahanlar keçirilib. Bakalavriat səviyyəsində əyani və qiyabi şöbələr üzrə 1245, magistratura pilləsi üzrə isə 11 nəfər tələbə imtahanlarda iştirak edib. 

Sessiya ərzində əyani şöbə üzrə ümumiyyətlə, 314 imtahan keçirilib. İmtahanlar gün ərzində 2 növbədə keçirilib və başa çatdıqdan sonra onun nəticələri tələbələrə həmin gün elan olunub.

Filialda imtahanların şəffaf və obyektiv keçirilməsi üçün bütün şərait yaradılıb. İmtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə İmtahan Qərargahı və  “Qaynar xətt” fəaliyyət göstərib.

Filialın direktoru, dosent Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olub, tələbələri maraqlandıran sualları cavablandırıb.

Filialın Mətbuat Xidməti



Facebook-da paylaş