• Təqvim

  • Maraq



“Sosial İnkişafda Yeni Mərhələ” İctimai Birliyi Qazax rayonunda tədbirlər keçirib


Aprelin 7-si QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Sosial İnkişafda Yeni Mərhələ” İctimai Birliyi tərəfindən "Maariflənək və insan alverinin qurbanı olmayaq!” adlı layihə çərçivəsində Qazax rayonunda tədbirlər keçirilib.

Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial–İqtisadi Kollecində keçirilən tədbirlərdə öncə layihənin adı və ictimai birlik təqdim edilib.

Layihə rəhbəri Seymur Əzəmmədov bildirib ki, insan alveri cinayətlərindən hər il dünyada 32 milyard dollar gəlir əldə edilir. Problem yaradan məsələlərdən biri də odur ki, bu cinayətlər ölkələrin qanunvericiliyinə görə, fahişəlik, qaçaqmalçılıq, iqtisadi cinayətkarlıq, saxtakarlıq adları altında aparılır. Bu isə insan alveri sahəsində qurbanları aşkar edib onlara yardım göstərilməsinə mane olur. İnsan alveri həmişə transmilli formada baş vermir. Bu, adicə ev qulluğu sahəsində məcburi əməyə cəlbetmə formasında da baş verir. Ona görə də insan alveri məsələsi çox geniş müzakirə olunmalıdır.

Daha sonra təlimçi də öz növbəsində tələbələrə layihənin aktuallığı, məqsəd və vəzifələri haqqında geniş məlumat verib.

Sonda hər bir tədbir iştirakçısına layihə çərçivəsində hazırlanmış buklet, flayer, dəftərxana ləvazimatları və üzərində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin loqosu və "Sosial İnkişafda Yeni Mərhələ” İctimai Birliyin loqosu olan papaq və köynəklərpaylanlıb.







 

GOYEZEN.AZ



Facebook-da paylaş