• Təqvim

  • Maraq



Agentliyin maliyyə dəstəyi ilə həyata keçirilən layihə başa çatıb


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Azərbaycan Gənc Marketoloq - Reklamçılar” İctimai Birliyi tərəfindən "Gəncə-Qazax regionunda ekoturizmin təbliği istiqamətində tədbirlərin təşkili” adlı layihə çərçivəsində aprelin 7-si Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial–İqtisadi Kollecində tədbirlər keçirilib.

Öncə layihə rəhbəri Hafiz Əzəmmədov tədbir iştirakçılarını salamlayıb və onlara bu görüşləri təşkil edən hər bir kəsə öz təşəkkürünü bildirib. H.Əzəmmədov qeyd edib ki, aparılmış təhlillər göstərir ki, respublikamızda mərkəz və regionlar üzrə ekoturizm üzrə vəziyyət hələ də qənaətbəxş deyildir. Məsələn, əsas sərvətlərimizdən olan neft-qaz məhsulları sovet dövründən intensiv çıxarılsa da, lakin təbiətin mühafizəsini təmin edən tədbirlər görülməmiş, ona görə Abşeron yarımasında keçmiş neft quyuları olan yerlər və neft sularının tullantıları torpağı yararsız vəziyyətə salmışdır. Bitki və ağac örtüyünə gəldikdə isə, Azərbaycanda xüsusən, Gəncə-Qazax regionunda çox qiymətli ağac növləri bitir, çox zaman buna əhəmiyyət verilmir və qış aylarında ucqar kəndlərdə belə ağaclardan odun kimi istifadə olunur, bu da yol verilməzdir. Məsələn, Abşeron yarımadasında səhralaşma prosesi müşahidə olunur. Bunların səbəbləri: əhalinin sıxlığı, ağacların kəsilməsi, bitki örtüyünün deqradasiyası, neft hasilatı, emalı və nəqli ilə əlaqədar torpağın çirklənməsi, ölkə sənayesinin əsasən Abşeron yarımadasında yerləşdirilməsi.

Daha sonra təlimçi öz növbəsində tədbir iştirakçılarına layihənin aktuallığı, məqsəd və vəzifələri haqqında geniş məlumat verib.

Sonda hər bir tədbir iştirakçısına layihə çərçivəsində nəzərdə tutulmuş dəftərxana ləvazimatları və üzərində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin loqosu və "Azərbaycan Gənc Marketoloq - Reklamçılar” İctimai Birliyin loqosu olan papaq və köynəklər paylanılıb.






Facebook-da paylaş